“Səbail” klubu israilli futbolçu ilə müqavilə imzalayıb
Bakının “Səbail” klubu heyətinə yeni futbolçu cəlb edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Paytaxt təmsilçisi müdafiəçi Nir Bardeanı transfer edib. İsrailli futbolçu ilə birillik müqavilə imzalanıb.

Futbolçunun son klubu "Makkabi" (Bney-Reyneh, İsrail) olub. O, 2022-2023-cü illərdə bu komandada oynayıb.

Xatırladaq ki, "Səbail" daha əvvəl Yusif Nəbiyev, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Səlahət Ağayev, Coşqun Diniyev, Bahadur Həziyev və Amil Yunanovu sıralarına cəlb edib.

Xəbər 106 dəfə oxundu.