Millimizin qapıçısı Qazaxıstan klubu ilə müqaviləni yeniləyib
Futzal üzrə Azərbaycan milli komandasının qapıçısı Rövşən Hüseynli Qazaxıstanın "Atırau" klubu ilə müqaviləsinin müddətini uzadıb.

Bu barədə 32 yaşlı qolkiper özünün feysbuk səhifəsində paylaşım edib.

Təcrübəli oyunçu daha bir il bu komandanın formasını geyinəcək.

Qeyd edək ki, R.Hüseynli ötən mövsümün ikinci yarısını da "Atırau"da keçirib.

Xəbər 105 dəfə oxundu.