AFFA-nın nümayəndəsi beynəlxalq oyuna təyinat alıb
AFFA-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva beynəlxalq oyuna təyinat alıb.

Konfrans Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Torpedo” (Gürcüstan) - “Sarayevo” (Bosniya və Herseqovina) qarşılaşmasının UEFA nümayəndəsi K.Mehtiyeva olacaq.

Matç iyulun 13-də Gürcüstanın Kutaisi şəhərində keçiriləcək.

Xəbər 109 dəfə oxundu.