Zeynal Zeynalov: Dünya çempionatının seçmə mərhələsinin Bakıda təşkil olunması sevindirici haldır
Dünya çempionatının seçmə mərhələsinin Bakıda təşkil olunması sevindirici haldır.

Bu sözləri çimərlik futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Zeynal Zeynalov iyulun 4-də keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, bu yarış bizim üçün böyük əhəmiyyət kəsb edir. Düşünürəm ki, milli komandamız bu yarışda uğurla çıxış edəcək və dünya çempionatına vəsiqə qazanacaq.

Qeyd edək ki, iyulun 5-7-də Bakıda dünya çempionatının seçmə mərhələsində reytinqə görə ən yaxşı 13 komanda birincilik uğrunda yarışacaq. Çempionat çərçivəsində iyulun 8-də yarımfinal və pley-off oyunları, iyulun 9-da isə bu mərhələnin qalibini təyin edəcək final matçı keçiriləcək. Azərbaycan yığmasının ilk qarşılaşması Moldova seçməsi ilə iyulun 5-də baş tutacaq.


Xəbər 112 dəfə oxundu.