"Vlazniya" - “Linfild” matçını azərbaycanlı hakimlər briqadası idarə edəcək
FIFA referisi Rauf Cabarov yeni təyinat alıb.

R.Cabarov UEFA Avropa Konfrans Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Vlazniya" (Albaniya) - “Linfild” (Şimali İrlandiya) qarşılaşmasının baş hakimi olacaq.

Ona Namik Hüseynov və Cavanşir Yusifov köməklik edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

"Vlazniya" - “Linfild” matçı iyulun 20-də Albaniyada təşkil olunacaq.

Xəbər 123 dəfə oxundu.