Yeniyetmə stolüstü tennisçilərimiz Çində hazırlıq keçəcəklər
Yeniyetmə stolüstü tennisçilərimizi qarşıda daha bir ciddi sınaq gözləyir.

Bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyasından məlumat verilib.

U-13 milli komandamız avqustda Fransanın Strasburq şəhərində keçiriləcək Avropa çempionatında mübarizə aparacaq. İdmançılarımız sözügedən yarışa hazırlığın növbəti mərhələsini ölkə xaricində keçəcəklər.

Komandanın üzvləri bu məqsədlə Çin Xalq Respublikasının Şanxay şəhərinə yola düşüblər. İyulun 4-dən avqustun 15-dək keçiriləcək təlim-məşq toplanışında məşqçi İsmayıl Mirzəyevin rəhbərliyi altında Tunar Bağırov, Xədicə Eylazova, Yağmur Məmmədli və Onur Quluzadə iştirak edəcəklər.

Xəbər 159 dəfə oxundu.