“Qarabağ” klubu bu gün sonuncu yoxlama oyununu keçirəcək
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu bu gün sonuncu yoxlama oyununu keçirəcək.

Azərbaycan çempionu Bolqarıstan təmsilçisi MOİK-lə üz-üzə gələcək.

Vörgl stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, "köhlən atlar" ilk görüşdə Macarıstanın "Ferentsvaroş" klubu ilə heç-heçə edib - 3:3. Komanda ikinci matçında Polşanın "Legiya" klubuna uduzub - 0:2.

Xəbər 100 dəfə oxundu.