Baş məşqçi: İdmançılarımızın növbəti dünya çempionatında uğur qazanacaqlarına inanıram
Biz Avropa çempionatında tam heyətlə iştirak etdik.

Bu sözləri sərbəst güləş üzrə milli yığmanın baş məşqçisi Arif Abdullayev deyib.

Qeyd edib ki, yığmamız 2 qızıl, 1 gümüş, 3 bürünc əldə edərək komanda hesabında birinci yerə çıxaraq Avropa çempionu oldu. Artıq ikinci dəfədir ki, sərbəst güləş üzrə gənclərdən ibarət yığmamız Avropa çempionu olur.

"Yarış yüksək səviyyədə təşkil olunmuşdu. Bizi qarşıda - avqustun 4-də Polşada keçiriləcək gənclərin dünya çempionatı gözləyir. Bu ərəfədə biz 2 mərhələdə təlim-məşq toplanışında olacağıq. İnanıram ki, idmançılarımız bu təlimlərdə yaxşı hazırlaşaraq, ölkəmizi dünya çempionatında layiqincə təmsil edəcək", - deyə baş məşqçi vurğulayıb.

Xəbər 102 dəfə oxundu.