Qızıl medal qazanan idmançımız: Qalibiyyət qürurvericidir
Biz qələbə qazanaraq, Avropa çempionu kimi Vətənə geri döndük.

Bu sözləri jurnalistlərə açıqlamasında İspaniyada keçirilən U-20 Avropa çempionatında sərbəst güləş üzrə ölkəmizi təmsil edərək qızıl medal qazanan Ceyhun Allahverdiyev bildirib.

İdmançı qeyd edib ki, təbii ki, qalibiyyət qürurvericidir. Mən qələbəmiz münasibəti ilə bütün xalqımızı təbrik edirəm.

"Yarış çox yaxşı keçdi. Təşkilatçılıq yüksək səviyyədə idi. Bütün görüşlərim asanlıqla keçdi, lakin final görüşündə bir az çətinlik çəkdim. Finaldakı rəqibim erməni idi. Şükürlər olsun ki, ona da qalib gələrək Avropa çempionatında qızıl medal əldə etdim. Qarşıdan gənclər arasında Dünya çempionatı gözlənilir. Biz bu yarışlara da layiqincə hazırlaşaraq ölkəmizi təmsil edəcəyik", - deyə o sözlərinə əlavə edib.

Xəbər 102 dəfə oxundu.