Avropa çempionu olan sərbəst güləş üzrə millimiz Vətənə qayıdıb
İspaniyada keçirilən U-20 Avropa çempionatında ölkəmizi təmsil edən sərbəst güləş üzrə millimiz Vətənə qayıdıb.

idmançılarımız Heydər Əliyev Beynəlxalq Aeroportunda böyük coşqu ilə qarşılanıb.

Qarşılanma mərasimində mətbuat nümayəndələri, idman ictimaiyyəti və idmançıların yaxınları iştirak ediblər.

Qeyd edək ki, ölkəmizi İspaniyada keçirilən U-20 Avropa çempionatında sərbəst güləş üzrə millimiz 2 qızıl, 1 gümüş, 3 bürünc medal qazanaraq komanda hesabında Avropa çempionu olublar.

Xəbər 117 dəfə oxundu.