Basketbol yığmamız ilk dəfə dünya çempionatının seçmə mərhələsində iştirak edəcək
Basketbol üzrə kişilərdən ibarət milli komandamız 2027-ci il Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələ oyunlarında iştirak edəcək.

Dünya çempionatının seçmə mərhələsində ilk mərhələnin oyunları 2024-cü il 19-27 fevral, 18-26 noyabr və 2025-ci il 17-25 fevral tarixlərində baş tutacaq.

Millimiz ikinci seçmə mərhələyə adlayacağı təqdirdə, mübarizəni 2025-ci ilin iyununda da davam etdirəcək. Seçmə mərhələnin püşkatma mərasimi avqustun 8-də Almaniyanın Münhen şəhərində keçiriləcək.

Xəbər 127 dəfə oxundu.