Akrobatika gimnastikası üzrə milli yığmamız beynəlxalq turnirdə uğurla çıxış edib
Akrobatika gimnastikası üzrə Azərbaycan milli komandası Qazaxıstanın Pavlodar şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış edib.

Sabir Ağayev, Murad Rəfiyev, Riad Səfərov və Rəsul Seyidlidən ibarət kişi qrupu yarışı medalla başa vurub.

Komanda yekun nəticələrə əsasən, fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Xəbər 132 dəfə oxundu.