Batut gimnastikası üzrə yığma komandamız beynəlxalq turnirdə iştirak edəcək
Azərbaycanın batut gimnastikası üzrə yığma komandasının üzvləri iyulun 4-də Portuqaliyanın Santarem şəhərində start götürəcək "Scalabis Cup"da iştirak edəcəklər.

Bilal Qurbanov, Elnur Məmmədov, Hüseyn Abbasov, Aleksey Karataşov, Fərhad Mustafayev, Ammar Baxşaliyev, İbrahim Mustafazadə, Əli Niftəliyev, Nicat Mirzəyev, Mehdi Əliyev və Hüseyn Əsədullayev yarış üçün sözügedən ölkəyə yollanıblar.

Qeyd edək ki, beynəlxalq turnirə iyulun 6-da yekun vurulacaq.

Xəbər 129 dəfə oxundu.