"Qəbələ" daha bir futbolçusu ilə yollarını ayırıb
"Qəbələ" klubu daha bir futbolçusu ilə yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 27 yaşlı braziliyalı hücumçunun müqaviləsinin müddəti başa çatıb.

Qeyd edək ki, 2020-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan Utziq üç mövsüm ərzində 94 matç keçirib. O, bu oyunlarda 18 qol vurub. Klub daha əvvəl Ramon Maçado, Məqsəd İsayev, Andrey Strijak, Səlahət Ağayev, Felipe Santos, Rövlan Muradov, İsnik Alimi və Ruan Renato ilə də yollarını ayırıb.

Xəbər 110 dəfə oxundu.