Məhəmməd Abdullayev: Final görüşündə iştirak etməyin özü də bir fəxrdir
III Avropa Oyunlarında finaladək irəlilədiyim və “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazandığım üçün xoşbəxtəm.

Bunu müsahibəsində III Avropa Oyunlarında gümüş medal qazanan Azərbaycan boksçusu Məhəmməd Abduallayev (+92 kq) deyib.

Finalda böyük britaniyalı Delişes Oriyə məğlub olaraq ikinci yeri tutan dünya çempionatının mükafatçısı bildirib ki, həlledici görüşdə iştirak etməyin özü də bir fəxrdir. “Əlimdən gələni etdim. Etiraf edim ki, yorğunluq var idi. Əsas məqsədim “Paris-2024” Yay Olimpiya Oyunlarında bunun əvəzini çıxmaq və qızıl medal qazanmaqdır. Zədələrim mənə çox çətinlik yaratdı. Hər döyüşdə zədələrim açılır və qanayırdı. Olimpiadaya hazırlıq üçün Azərbaycan Boks Federasiyası xüsusi plan hazırlayacaq. ABŞ və digər ölkələrdə təlim-məşq toplanışlarının təşkili nəzərdə tutulur”, - deyə o qeyd edib.

Xəbər 114 dəfə oxundu.