“Roma” klubu futbolçusu Stefan El-Şaaravi ilə müqaviləni yeniləyib
"Roma" klubu futbolçusu Stefan El-Şaaravi ilə müqaviləni uzadıb.

Bu barədə klubun saytı məlumat yayıb.

Otuz yaşlı futbolçusu ilə yeni müqavilə 2025-ci ilin iyun ayının sonuna kimi hesablanıb.

El-Şaaravi altı ildir “Roma”da çıxış edir.

2022-2023-cü il mövsümündə italiyalı oyunçu klubun heyətində bütün turnirlərdə 42 oyuna çıxıb, 9 qol vurub və 3 qolun ötürməsini verib.

Xəbər 98 dəfə oxundu.