Bu gün III Avropa Oyunlarına yekun vurulacaq | |
Bu gün Polşada keçirilən III Avropa Oyunlarına yekun vurulacaq. iyulun 2-də sonuncu 31 medal dəsti sahibini tapacaq. Avropa Oyunlarının sonuncu - 12-ci günündə tamaşaçılar 5 növdə mübarizəyə şahid olacaqlar. Boks, atıcılıq, kanoe-slalom, badminton və kikboksinq yarışlarının yekunlaşmasından sonra Avropa Oyunlarının bağlanış mərasimi baş tutacaq. Azərbaycan idmançıları son gündə üç növdə gücünü sınayacaq. Təmsilçilərimiz atıcılıq, boks və kikboksinqdə medallar üçün yarışacaq. 2 iyul Atıcılıq 11:00. Qadın komandalar, trap, təsnifat mərhələsi Azərbaycan (Aydan Camalova, Ülviyyə Eyvazova, Alina Rafixanova) 17:00. Qadın komandalar, trap, final mərhələsi Kikboksinq 13:15. Kişilər, full kontakt, 63,5 kq, final 13:15. Kişilər, full kontakt, 63,5 kq, final Fərid Ağamoğlanov - Damiano Tramontana (İtaliya) Boks 16:15. Kişilər, +92 kq, final Məhəmməd Abdullayev - Delişes Ori (Böyük Britaniya). |
|
Xəbər 110 dəfə oxundu. |
|
|