“Neftçi”nin 3x3 basketbol üzrə Dünya Qadın Seriyasında növbəti rəqibləri bəlli olub
“Neftçi”nin 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının “Netanya” mərhələsindəki rəqibləri bəlli olub.

Azərbaycan təmsilçisi iyulun 2-3-də İsrailin Netanya şəhərində keçiriləcək turnirdə Niderland, Litva və Macarıstanın “Qyor” klubu ilə birlikdə B qrupunda mübarizə aparacaq.

“Neftçi” ilk oyununu iyulun 2-də Bakı vaxtı ilə saat 18:25-də Niderland seçməsinə qarşı keçirəcək.

Qeyd edək ki, qruplarında birinci yeri tutan komandalar yarımfinala, ikinci və üçüncü pillənin sahibləri isə 1/4 finala vəsiqə qazanacaqlar.

Xəbər 128 dəfə oxundu.