Güllə atıcımız III Avropa Oyunlarının yarımfinalına yüksəlib
Polşada təşkil olunan III Avropa Oyunlarında atıcılıq yarışları davam edir.

Təmsilçimiz Ruslan Lunyov tapançadan 25 metr məsafəyə atəşaçma yarışında yarımfinala yüksəlib.

Millimizin üzvü təsnifat mərhələsində 600 mümkün xaldan 581-ni toplayıb.

İdmançımız mərhələni 6-cı yerdə başa vurub. O, yarımfinal mərhələsinə yüksələn 8 snayper arasında qərarlaşıb.

Qeyd edək ki, yarımfinal mərhələsi bu gün Bakı vaxtı ilə saat 15:15-də başlayacaq.

Xəbər 167 dəfə oxundu.