Kikboksçumuz III Avropa Oyunlarında azı bürünc medalı təmin edib
Polşada keçirilən III Avropa Oyunlarında kikboksinq yarışları start götürüb.

Bu gün dörddəbir final görüşləri keçirilir.

Azərbaycan təmsilçisi Fərid Ağamoğlanov (63,5 kq) bu mərhələdə Filip Barak (Slovakiya) ilə görüşüb. 3:0 hesabı ilə qalib gələn idmançımız yarımfinala vəsiqə qazanıb. O, bununla da ən azı bürünc medalı təmin edib. Təmsilçimiz finala vəsiqə uğrunda döyüşə iyulun 1-də çıxacaq.

Qeyd edək ki, digər kikboksçumuz Elşad Şahbazov (86 kq) bu raundda Artyom Melniklə (Ukrayna) qarşılaşacaq.

Xəbər 164 dəfə oxundu.