III Avropa Oyunları: Stend atıcılarımız trap növündə təsnifat mərhələsində çıxış ediblər
Polşada keçirilən III Avropa Oyunlarında atıcılıq yarışları davam edir.

Bu gün qadın stend atıcılar trap növündə mübarizə aparıblar.

Təsnifat mərhələsinin ilk günündə Azərbaycan təmsilçiləri də çıxış ediblər. Ülviyyə Eyvazova və Aydan Camalova stenddə dəqiqliyini yoxlayıblar.

68 xal toplayan Aydan 18-ci yeri tutub. Ülviyyə isə 64 xalla 26-cı olub.

Qeyd edək ki, təsnifat mərhələsinə sabah yekun vurulacaq.

Xəbər 151 dəfə oxundu.