“Çelsi”nin yarımmüdafiəçisi Kovaçiç “Mançester Siti”yə keçib
Xorvatiyalı futbolçu Mateo Kovaçiç "Mançester Siti" ilə müqavilə imzalayıb.

Bu barədə İngiltərə klubunun saytı xəbər verib.

Müqavilə dörd il müddətinə nəzərdə tutulub.

İyirmi doqquz yaşlı yarımmüdafiəçi əvvəlki klubu "Çelsi"də 5 mövsüm keçirib, 221 matçda iştirak edib. Çempionlar Liqası, Avropa Liqası, UEFA Superkuboku, Klublararası Dünya Çempionatının qalibi olub.

O, Xorvatiya millisinin tərkibində 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında gümüş, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında isə bürünc medal qazanıb.

Xəbər 108 dəfə oxundu.