"Jalqiris" - "Struqa" matçını azərbaycanlı hakimlər briqadası idarə edəcək
FIFA referisi Elçin Məsiyev beynəlxlq oyuna təyinat alıb.

O, UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Jalqiris" (Litva) - "Struqa" (Şimali Makedoniya) qarşılaşmasının baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

"Jalqiris" - "Struqa" matçı iyulun 11-də Litvada keçiriləcək.

Xəbər 114 dəfə oxundu.