Avropa Oyunları: İki qılıncoynadanımız pley-off mərhələsində
Polşada keçirilən III Avropa Oyunlarında qılıncoynatmanın şpaqa növündə kişilərin şəxsi yarışında mübarizəyə start verilib.

Təmsilçilərimizdən Ruslan Həsənov və Kənan Əliyev qrup mərhələsini adlayaraq pley-offa yüksəliblər. Barat Quliyev isə mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, Oyunların arxada qalan altı günündə Azərbaycan səkkiz medal qazanıb. Bunlardan 2-si qızıl, 1-i gümüş, 5-i bürünc əyarlıdır. Karateçilərimiz 2 qızıl və 1 bürünc, taekvondoçularımız 1 gümüş və 1 bürünc, muaytayçılarımız 3 bürünc mükafat əldə ediblər.

Xəbər 168 dəfə oxundu.