III Avropa Oyunları: Boksçumuz Malik Həsənov ikinci döyüşündə məğlub olub
Azərbaycan boksçusu Sərxan Əliyev Polşada keçirilən III Avropa Oyunlarında mübarizəyə qoşulub.

71 kiloqram çəki dərəcəsində gücünü sınayan yığmamızın üzvü 1/16 final çərçivəsində Mixal Takacslə (Slovakiya) üz-üzə gəlib.

Döyüş S.Əliyevin qələbəsi ilə başa çatıb. Hər 3 raundu aktivinə yazan dünya çempionatının mükafatçısı yekunda 5:0 (30:27, 29:28, 30:27, 29:28, 29:28) hesabı ilə qələbə qazanıb.

O, səkkizdəbir finalda latviyalı Martins Blumentalsla döyüşəcək. Görüş iyunun 27-də olacaq.

Bu gün daha bir boksçumuz yarışa qoşulacaq. Məhəmməd Abdullayev (+92 kq) Uğur Aydemirlə (Türkiyə) qüvvəsini sınayacaq.

İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.

Tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub.

Xəbər 133 dəfə oxundu.