“Qəbələ” klubu ukraynalı müdafiəçi ilə ikiillik müqavilə imzalayıb
2023-2024-cü illər mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” klubu heyətinə daha bir futbolçu qatıb.

Komanda Zurab Oçiqavanın keçidini rəsmiləşdirib.

İyirmi səkkiz yaşlı müdafiəçi ilə ikiillik müqavilə imzalanıb. Ukraynalı legionerin son klubu “Sabah” olub. Futbolçu Azərbaycan Premyer Liqasının son üç mövsümündə 34 matçda 2 qol vurub.

Müdafiəçi karyerası ərzində Ukraynada “Mariupol”, Kiyev “Dinamo”su, “Olimpik”, “Dnepr-1”, “Vorskla”, Estoniyada “Levadiya”nın da şərəfini qoruyub. O, Ukraynanın U-20 və U-21 milli komandalarında da forma geyinib.

Xatırladaq ki, “Qəbələ” bunadək Ahmed Ayzayanı da heyətinə qatıb.

Xəbər 112 dəfə oxundu.