"Qəbələ” iki futbolçusu ilə yollarını ayırıb
"Qəbələ” müqaviləsi sona çatan iki futbolçu - müdafiəçi Ruan Renato və yarımmüdafiəçi İsnik Alimi ilə yollarını ayırıb.

Futbolçular 2021/22 mövsümündən “qırmızı-qara” formanı geyinirdilər. İsnik 73 oyunda 22, Ruan 72 görüşdə 4 dəfə fərqlənib.

“Qəbələ” İdman Klubu Alimi və Renatoya “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki paylarına görə təşəkkür edib.


Xəbər 119 dəfə oxundu.