“Neftçi”dən ayrılan futbolçu Türkiyə klubuna keçib
Azərbaycan millisinin müdafiəçisi Mert Çelikin yeni komandası müəyyənləşib.

“Neftçi”dən ayrılan 23 yaşlı futbolçu Türkiyəyə qayıdıb.

Müqavilə ilə “Başakşehir”ə məxsus olan futbolçu növbəti mövsümü icarə əsasında Birinci Liqa təmsilçisi “Bandırmaspor”un heyətində keçirəcək.

Qeyd edək ki, Mert Çelik 2020-2023-cü il aralığında icarə əsasında “Neftçi”nin formasını geyinib. Müdafiəçi keçən mövsüm Premyer Liqada 12 oyun keçirib.

Xəbər 102 dəfə oxundu.