“Qəbələ” klubu yarımmüdafiəçisi Omar Hani ilə müqaviləni yeniləyib
“Qəbələ” futbol klubu iordaniyalı yarımmüdafiəçisi Omar Hani ilə müqaviləni yeniləyib.

24 yaşlı futbolçu ilə yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub.

Əvvəlki müqaviləsi 2022-2023-cü il mövsümünün sonunda başa çatan futbolçu daha bir il “qırmızı-qara” formanı geyinəcək. Onun yeni anlaşması 2024-cü ilin iyununda başa çatacaq.

Xatırladaq ki, Hani komandanın heyətində keçirdiyi 65 matçda 4 qol vurub.

Xəbər 112 dəfə oxundu.