Eşitmə məhdudiyyətli əlillər arasında minifutbol turniri keçiriləcək
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə iyunun 24-dən 27-dək Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş eşitmə məhdudiyyətli əlillər arasında minifutbol turniri keçiriləcək.

Turnirdə səkkiz komanda “Bakı”, “Sumqayıt”, “Bərdə”, “Gəncə”, “Şəki”, “Mingəçevir”, “Lənkəran” və “Şirvan” birincilik uğrunda mübarizə aparacaq.

Turnir “Sərhədçi” İdman Mərkəzində təşkil olunacaq.

Xəbər 112 dəfə oxundu.