“Qəbələ” klubu ilk transferini gerçəkləşdirib
“Qəbələ” mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirib.

“Qırmızı-qaralar” Ahmed Ayzayanı heyətinə qatıb.

İyirmi səkkiz yaşlı yarımmüdafiəçi ilə birillik müqavilə imzalanıb. Nigeriyalı legioner ötən mövsüm Misli Premyer Liqasında çıxış edən “Kəpəz”in formasını geyinib. Azərbaycan çempionatında “Zirə”də də çıxış etmiş yarımmüdafiəçi Premyer Liqada keçirdiyi 42 matçda beş qol vurub.

Ahmed karyerası ərzində Portuqaliyalının “Ribeyrao”, “Oliveyrense”, “Vilaverdense”, “Jil Visente”, “Varzim” və “Sportinq Kovilya” klublarında da çıxış edib.

Xəbər 113 dəfə oxundu.