Zirə komandası üç futbolçu ilə müqavilə müddətini uzadıb
“Zirə” 3 futbolçu ilə müqavilə müddətini artırıb.

Bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.

Son 3 mövsümü icarə əsasında “Zirə” komandasında olan Hacıağa Hacılı ilə iki, Anar Nəzirovla isə bir illik müqavilə imzalanıb.

Həmçinin ötən mövsümü icarə əsasında “Zirə”də çıxış etmiş Rüstəm Əhmədzadə daha bir illik icarəyə götürülüb.

“Qarabağ”a məxsus hücumçu növbəti mövsümün sonuna qədər “Zirə”də çıxış edəcək.

Xəbər 116 dəfə oxundu.