Ruben Neves 47 milyon funt-sterlinqə “Əl Hilal”a keçib
Ruben Neves 47 milyon funt-sterlinqə “Wolves”dan “Əl Hilal”a keçib.

Bu, “Wolves” klubunun tarixində rekord məbləğdir.

26 yaşlı futbolçunun adı “Mançester Yunayted” ilə də çəkilirdi.

Portuqaliyalı yarımmüdafiəçi 6 mövsümdə 253 oyunda 30 qol vurub. Premyer Liqanın 2022/2023-cü illər mövsümündə “Canavarlar”ın heyətində isə 35 matçda altı qol vurub və bir məhsuldar ötürmə edib.


Xəbər 116 dəfə oxundu.