Karateçimiz İrina Zaretska III Avropa Oyunlarında finala vəsiqə qazanıb | |
Azərbaycanın qadın karateçisi İrina Zaretska Polşada keçirilən III Avropa Oyunlarında finala vəsiqə qazanıb. 68 kq-da çıxış edən idmançı yarımfinalda fransalı Alize Ajyeni 3:0 hesabı ilə məğlub edib. O, qızıl medal uğrunda qarşılaşmada isveçrəli Yelena Kuiriçi ilə üz-üzə gələcək. Qeyd edək ki, bu gün, həmçinin 84 kq-dan yuxarı çəkidə çıxış edən Asiman Qurbanlı da yarımfinal görüşünə çıxacaq. |
|
Xəbər 158 dəfə oxundu. |
|
|