Azərbaycanın sabiq futbolçusu Rahid Əmirquliyev karyerasını bitirmək qərarına gəlib
Azərbaycanın sabiq futbolçusu Rahid Əmirquliyev 34 yaşında futbol kariyerası ilə vidalaşıb.

2018-ci ildən etibarən “Səbail” ilə birgə addımlayan Rahid Əmirquliyev futbolçu karyerasını bitirmək qərarına gəlib.

Rahid Əmirquliyevin karyerasını “Səbail”də başqa formada davam etdirməsi ilə bağlı hazırda danışıqlar aparılır.

Qeyd edək ki, Rahid Əmirquliyev Azərbaycan Premyer Liqasında 457 oyunda meydana çıxıb və bunun 120 oyunu “Səbail” klubunun payına düşür.

Xəbər 108 dəfə oxundu.