Azər Məmmədov: Əlimizdən gələni edəcəyik ki, “Kəpəz” azərkeşləri bizdən narazı qalmasınlar
Kəpəz komandasının tarixi çox uzun illərə dayanır. Gəncə şəhərinin sakinləri “Kəpəz” futbol klubunu çox sevirlər.

Bu sözləri məxsusi müsahibəsində “Kəpəz” futbol klubunun baş məşqçisi Azər Məmmədov bildirib.

Baş məşqçi vəzifəsi məsuliyyətli olduğu kimi də şərəfli bir işdir. Çalışacağam ki, yaxşı komanda formalaşdıraq, mehriban kollektiv yaradaq. Əlimizdən gələni edəcəyik ki, “Kəpəz” azarkeşləri bizdən narazı qalmasınlar.

Azər Məmmədov, eyni zamanda təyinatı barədə öz fikirlərini bildirib. Mən bu təklifi bir neçə müddətdir gözləyirdim. “Kəpəz” mənim üçün çox doğma və əzizdir. Mən futbol sahəsində ilk addımlarımı 9 yaşından etibarən “Kəpəz” stadionunda atmışam. 37 yaşımda da elə “Kəpəz” stadionunda da bitirmişəm.

Xəbər 116 dəfə oxundu.