“Zirə”də yeni müqavilə
“Zirə” daha bir futbolçusu ilə müqaviləni uzadıb.

Bakı klubu qapıçısı Anar Nəzirovla yeni anlaşma imzalayıb.

Digər qolkiperi Mehdi Cənnətovla yollarını ayıran qəsəbə təmsilçisi Anar Nəzirovu daha bir il heyətində saxlayıb. Onunla anlaşma növbəti mövsümü əhatə edir.

Qeyd edək ki, Anar Nəzirov Premyer Liqada “Zirə” forması ilə 100 oyun keçirib.

Xəbər 109 dəfə oxundu.