“Zirə” klubu “Qarabağ”ın futbolçusunu heyətinə qatıb
Bakının “Zirə” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

“Zirə” klubu İsmayıl İbrahimli ilə müqavilə imzalayıb.

Ağdamın "Qarabağ" klubuna məxsus olan oyunçu növbəti mövsümün sonunadək “Zirə”də çıxış edəcək.

Qeyd edək ki, 25 yaşlı yarımmüadafiəçi karyerası ərzində “Şüvəlan” və MOİK-in də uğurları üçün çalışıb.

Xəbər 97 dəfə oxundu.