"Zirə" klubu heyətinə yeni futbolçu cəlb edib
Bakının "Zirə" klubu heyətinə yeni futbolçu cəlb edib.

Bakı təmsilçisi müdafiəçi Məqsəd İsayev ilə anlaşıb.

İyirmi səkkiz yaşlı oyunçu ilə ikiillik müqavilə imzalanıb.

Qeyd edək ki, Məqsəd İsayev son olaraq "Qəbələ"nin uğurları üçün çalışıb. O, daha əvvəl “Neftçi”, “Şamaxı”, “Sabah” və “Səbail”də də çıxış edib.

Xəbər 105 dəfə oxundu.