“Krakov-2023”: Azərbaycan karateçiləri və atıcıları mübarizəyə başlayırlar | |
Polşada keçirilən III Avropa Oyunlarında bu gün idmanın 11 növü üzrə yarışlar təşkil olunacaq. Yarışın ikinci günündə ilk medallar da sahibini tapacaq. Yeddi növ üzrə 21 dəst mükafatın sahibi müəyyənləşəcək. Azərbaycan yığması bu növlərdən dördündə təmsil olunacaq. Atletika millimiz çıxışını başa vuracaqsa, karateçilərimiz və atıcılar yarışa qatılacaq. Atletlərimiz Krakovda ilk medallarını qazanmaq üçün mübarizə aparacaqlar. Atletika 12:05. Qadınlar, 200 m İlahə Quliyeva, Lamiyə Vəliyeva 12:25. Kişilər, 200 m Əlhəm Nağıyev 12:28. Kişilər, nüvə itələmə İsmayıl Əliyev 12:55. Qadınlar, uzunluğa tullanma Fəxriyyə Tağızadə 13:40. Kişilər, 5000 m Elman Abışov 14:20. Qadınlar, 1500 m Anna Yusupova 14:42. Qarışıq estafet, 4x400 m Azərbaycan yığması Karate 11:00. Kişilər: Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq) Qadınlar: Fidan Teymurova (50 kq), Mədinə Sadıqova (55 kq) Padel 17:00. Komanda yarışı Atıcılıq 13:15. Kişilər, tapança, 10 m Ruslan Lunyov 15:15. Qadınlar, tapança, 10 m Nigar Nəsirova, Nəzrin Abbaslı |
|
Xəbər 104 dəfə oxundu. |
|
|