"Turan Tovuz" klubu millimizin futbolçusunu heyətinə qatıb
"Turan Tovuz" Azərbaycan millisinin futbolçusu Sertan Taşkını heyətinə qatıb.

26 yaşlı müdafiəçi ilə ikiillik müqavilə imzalanıb.

Qeyd edək ki, təcrübəli oyunçunun son klubu "Zirə" olub. Ötən mövsümün sonunda Bakı klubundan ayrılan Taşkın daha əvvəl "Keşlə" və "Sumqayıt"ın da formasını geyinib.

Xəbər 105 dəfə oxundu.