Azərbaycan Birinci Liqanın başlama vaxtı müəyyənləşib
Azərbaycan Birinci Liqa və Əvəzedicilərin çempionatının başlama tarixləri, həmçinin oyunçu limitləri bəlli olub.

Birinci Liqa sentyabrın 13-də start götürəcək. Bu turnirdə futbolçu limiti 8+3 (8 azərbaycanlı, 3 legioner) olacaq.

Əvəzedicilərin yarışı Premyer Liqanın startından 1 gün sonra – avqustun 5-də başlayacaq. Burada limit 7+4 (7 yerli futbolçu 2002 və ya daha gənc təvəllüdlü, 4 futbolçu sərbəst (legioner də ola bilər)) olacaq.

Qeyd edək ki, qarşıdakı mövsümdən etibarən Birinci divizion Birinci liqa, yeni yaranmış İkinci divizion isə İkinci liqa adlandırılacaq.

Xəbər 130 dəfə oxundu.