Azərbaycan Taekvondo Federasiyasına yeni vitse-prezident seçilib
Azərbaycan Taekvondo Federasiyasının (ATF) İdarə Heyətinin növbəti iclası keçirilib.

Bu barədə federasiyadan məlumat verilib.

İclasda cari məsələlər müzakirə olunub. Həmçinin ATF-nin fəaliyyətinin yüksəldilməsi və idarəetmədə səmərəliliyin artırılması məqsədilə Azərbaycan Taekvondo Federasiyasının prezidenti, İdarə Heyətinin sədri Kəmaləddin Heydərov qurumun vitse-prezidentlərinin say tərkibinin artırılmasını və Hikmət Səmədovun vitse-prezident vəzifəsinə namizədliyini təklif edib.

Federasiyanın ümumi yığıncağında təkliflər səsə qoyularaq qəbul edilib.

Beləliklə, H.Səmədov Azərbaycan Taekvondo Federasiyasının yeni vitse-prezidenti seçilib.

Xəbər 138 dəfə oxundu.