UEFA Konfrans Liqası: Azərbaycan klublarının rəqibləri müəyyənləşib
UEFA Konfrans Liqasında ikinci təsnifat mərhələsinin püşkü atılıb.

İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə Azərbaycan təmsilçilərinin də rəqibləri bəlli olub.

Bu raundda "Neftçi" "Jelezniçar" (Bosniya və Herseqovina) - "Dinamo" (Minsk, Belarus) cütünün qalibi, "Qəbələ" "Omoniya" (Kipr), "Sabah" isə “Makedoniya” (Şimali Makedoniya) – RFŞ (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.

Bakı klubları ilk matçlarını səfərdə, əyalət təmsilçisi isə evdə keçirəcək.

Qeyd edək ki, Konfrans Liqasında ikinci mərhələsinin oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək.

Xəbər 116 dəfə oxundu.