“Sumqayıt” klubu növbəti transferini reallaşdırıb
2023/2024-cü il mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” futbol klubu növbəti futbolçu keçidini reallaşdırıb.

Komanda son olaraq “Qəbələ”də çıxış etmiş Rövlan Muradovla 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Rövlan Muradov peşəkar karyerası ərzində yalnız “Qəbələ” klubunun uğurları üçün çalışıb. Yarımmüdafiəçi U-19, U-21 və əsas milli komandalarımıza da cəlb olunub.

Xəbər 130 dəfə oxundu.