Qurban Qurbanov: Rəqibimizə əvvəlki illərdəkindən daha ciddi yanaşmalıyıq
Neçə gün idi ki, püşkdə hansı komanda ilə düşəcəyimizi gözləyirdik. “Linkoln” Cəbəllütariq çempionudur və bəzən belə komandaların püşkdə çıxması insanlara və futbolçulara mane olur, rəqibi o qədər də ciddiyə almırlar.

Bu fikri klubun baş məşqçisi Qurban Qurbanov söyləyib. O deyib: “Bizim illər ərzində Avropada təcrübəmiz var, bu cür komandalara qarşı oynayırıq. Elə ən çətin qarşılaşmalarımız da belə komandalarla olur. Başda mən olmaqla, əsas da ilk turlarda diqqətli olmalıyıq. Bu rəqibə qarşı əvvəlki illərdəkindən daha ciddi yanaşmalıyıq.

Bu gün futbol tam dəyişib. Bütün ölkələr, komandalar futbol oynamağı bacarır. Üzərimizə böyük məsuliyyət düşür. İnşallah, çalışacağıq ki, ilk oyuna komandanı fiziki, taktiki və psixoloji cəhətdən tam hazır edək. Bugünkü məlumata görə, rəqib oyunlarını süni örtüklü meydanda keçirir. Bu da ola bilsin ki, bizə əlavə çətinlik yaratsın. Belə meydanlarla, belə oyunlarla daha əvvələr də üzləşmişik. İlk oyun səfərdə olduğu üçün həddindən artıq diqqətli yanaşacağıq. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək”.

Xəbər 106 dəfə oxundu.