“Sabah” klubu ilk transferini reallaşdırıb
“Sabah” yay fasiləsinin ilk transferini reallaşdırıb.

Premyer Liqanın gümüş mükafatçısı “Şamaxı”nın müdafiəçisi Rəhman Daşdəmirovla heyətini gücləndirib.

24 yaşlı arxa xətt oyunçusu bakılılarla 2 illik müqavilə bağlayıb. Ötən mövsümü “Şamaxı”da keçirən Daşdəmirov karyerası ərzində “Neftçi” (U-19) və MOİK klublarında da çıxış edib.

Qeyd edək ki, Rəhman Daşdəmirov 2022/2023-cü il mövsümündə Premyer Liqada 36 oyun keçirib, aktivinə 1 qol yazdırıb.

Xəbər 109 dəfə oxundu.