Üçüncü Avropa Oyunları: Azərbaycan atletləri ilk yarış günündə idmanın iki növündə mübarizə aparacaqlar | |
Bu gün Polşanın Krakov şəhərində üçüncü Avropa Oyunlarına start veriləcək. Oyunların ilk rəsmi günündə yeddi idman növü üzrə yarışlar təşkil olunacaq. İdmançılar atletika və çimərlik həndbolunda mübarizəyə qoşulacaqlar. Həmçinin sinxron üzgüçülük, basketbol 3X3, BMX, kanoe-sprint və padeldə yarışlar başlayacaq. Azərbaycan yığması bu növlərdən ikisində təmsil olunacaq. Atletlərimiz bu növdəki ikinci yarış günündə güclərini sınayacaqlar. Həmçinin padeldəki təmsilçilərimiz mübarizəyə qoşulacaqlar. Günə Bakı vaxtı ilə saat 20:30-da başlayacaq açılış mərasimi ilə yekun vurulacaq. İlk günün təqvimi: Padel 11:00. Qadın cütləri 1/16 final. Nərminə Bağırova, Samirə Əliyeva Atletika 11:40. Kişilər, uzunluğa tullanma Kəsgin Abbaszadə 12:08. Kişilər, lövhəatma İsmayıl Əliyev 13:02. Qadınlar, 800 m Anna Yusupova 13:20. Kişilər, 1500 m Elman Abışov 13:45. Qadınlar, üçtəkanla tullanma Yekaterina Sarıyeva 14:05. Kişilər, 400 m, sədlərlə Cavid Məmmədov 14:30. Qadınlar, 4x100 m estafet Azərbaycan yığması 14:50. Kişilər, 4x100 m estafet Azərbaycan yığması. |
|
Xəbər 105 dəfə oxundu. |
|
|