"Turan Tovuz" klubu növbəti transferini açıqlayıb
"Turan Tovuz" komandası növbəti transferini açıqlayıb.

Bölgə təmsilçisi qapıçı Aydın Bayramovu heyətinə qatıb.

İyirmi yeddi yaşlı qolkiperlə 1+1 illik rəsmi müqavilə imzalanıb.

Qeyd edək ki, son klubu "Sumqayıt" olan Bayramov karyerası ərzində MOİK və "Sabah"ın da formalarını geyinib.

Xəbər 107 dəfə oxundu.