Azərbaycanın U-21 yığması yoldaşlıq oyununda qələbəni əldən verib
Bakıdakı təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

Samir Əliyevin baş məşqçi olduğu komanda Qırğızıstanın U-23 yığması ilə qarşılaşıb.

"Dalğa Arena" oynanılan görüşdə qalib müəyyənləşməyib - 1:1.

Hesabı 61-ci dəqiqədə Murad Vəliyev açıb. Lakin qonaqlar 79-cu dəqiqədə Mirlan Berberdinovun qolu ilə məğlubiyyətdən qaçıblar.

Qeyd edək ki, Azərbaycanın U-21 yığması daha əvvəl türkiyəli həmyaşıdlarına 0:1 hesabı ilə uduzub.

Xəbər 110 dəfə oxundu.